AZ

Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşma mənbələri genişləndirilir

Bakı. Trend:
Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşma mənbələrigenişləndirilir.

Trend xəbər verir ki, bubarədə məsələ parlamentin Təbii ehtiyatlar, energetika və ekologiyakomitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilmiş“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyihaqqında” Qanuna edilən dəyişikliklərdə əksini tapıb.

Qanun layihəsi enerji effektivliyi fondunun vəsaitlərininformalaşdırılması və ondan istifadə istiqamətlərinintəkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, fondunvəsaitlərinin formalaşma mənbələrinin genişləndirilməsi nəzərdətutulur. Qanun layihəsinə əsasən qiymətlərinə dövlət tənzimlənməsitətbiq olunmayan, lakin istehsal və istehlak həcminə görəəhəmiyyətli paya malik olan və eləcə də istehsal və istifadəsinəticəsində ətraf mühitə mənfi təsir göstərən enerji növlərininsatışından əldə olunan vəsaitdən enerji effektivliyi fondunaköçürülmələrin edilməsi üçün hüquqi əsas yaradılır.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 mart tarixli13 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji effektivliyi fondununvəsaitlərinin formalaşdırılması və istifadə Qaydası”nın əlavəsinəəsasən yalnız tarifləri dövlət tərəfindən tənzimlənən dörd enerjiməhsulunun – elektrik enerjisi (bərpaolunan enerji mənbələrihesabına istehsal olunan elektrik enerjisi istisna olmaqla), təbiiqaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağınınistehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirənsubyektlər tərəfindən fonda köçürülmələrin edilməsi nəzərdətutulur. Qanun qəbul edildikdən sonra qiyməti tənzimlənməyən dahadörd növ enerji məhsulunun satışından fonda ayırmaların edilməsi dətəmin ediləcək. Nəticədə, enerji növlərinin satışından fonda daxilolacaq vəsait əhəmiyyətli şəkildə artacaqdır.

Fondun vəsaitinin yalnız enerji effektivliyi üzrə tədbirlərintəşviqinə (Qanunun 15.2-ci maddəsində nəzərdə tutulan tədbirlərinmaliyyələşdirilməsinə) yönəldilməsi, bununla da fondunvəsaitlərindən istifadənin səmərəliliyinin artırılması təminediləcək. Beləliklə, yalnız tarifləri tənzimlənən enerji növlərideyil, eyni zamanda, qiymətləri tənzimlənməyən enerji resurslarınınsatışından ayrılan vəsaitin də enerji effektivliyi fondunaköçürülməsi, nəticədə bu vəsaitlər hesabına enerji effektivliyiüzrə tədbirlərin həyata keçirilməsi, müvafiq sahənin elmi-texnikitəminatı, ağıllı sayğacların və sistemlərin, kogenerasiyaqurğularının tətbiqi, həmçinin bərpa olunan enerji mənbələrindənistifadə üçün daha əlverişli şəraitin yaradılması, bərpa olunanenerji mənbələri sahəsində layihələrin dəstəklənməsi, təsərrüfatsubyektlərinin fəaliyyəti nəticəsində ətraf mühitə mənfi təsirinqarşısının alınması və enerji resurslarından səmərəli istifadəsahəsində tədbirlərin həyata keçirilməsi üçün qrant vəsubsidiyaların ayrılması, pilot layihələrin tətbiqi və güzəştlikreditlərin verilməsi kimi stimullaşdırma vasitələrindən istifadəimkanlarının artması nəzərdə tutulur.

Məqalədə:
Seçilən
27
8
az.trend.az

10Mənbələr