AZ

Məşhur həkim: “İnsanın öləcəyini 10-15 gün əvvəl bilmək olur”

İnsanın öləcəyinə dair simptomlar ölümdən 10-15 gün əvvəl görünür. 

“Cebhenfo.az” xəbər verir ki, bunu rusiyalı tanınmış həkim Anatoli Trifonov deyib.

O, “Hibiny.ru portalı”-na deyib ki, ölümün yaxınlaşdığını göstərən bir sıra əlamətlər var.

Həkim iddia edir ki, əgər söhbət xroniki ürək-damar xəstəliyindən gedirsə, onda onun əsas simptomları ölümdən 10-15 gün əvvəl baş verir. Onlardan biri izaholunmaz ağır letarji, tez-tez qəfil qorxudur. Bundan əlavə, xəstənin üzü qırmızı və ya əksinə, çox solğun olur. Xəstə huşunu itirə bilər, göz bəbəyinin anormal genişlənməsi də mümkündür.

Trifonovun sözlərinə görə, əgər insan ürək xəstəliyindən əziyyət çəkirsə, ölümündən bir neçə saat əvvəl dərinin rəngi adətən dəyişir – maviyə çalan rəng yaranır. Həmçinin əl-ayaqlar soyuyur, əzalarda şişkinlik, qızdırma əmələ gəlir. “Belə simptomlar görünsə, 1,5-2 saat ərzində ölümün baş verməsi ehtimalı var”, -deyə həkim qeyd edib.

Seçilən
10
2
cebheinfo.az

3Mənbələr