AZ

Günəşin aktivliyi 2025-ci ildə pik həddə

Cari dövrədə günəş aktivliyi 2025-ci ilin yayında pik nöqtəsinə çatacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov bildirib.

O, müxtəlif ehtimalların olduğuna diqqət çəkib, lakin onların əksəriyyəti günəş aktivliyinin 2025-ci ilin yaz-yay aylarında pik həddə çatacağını göstərir. Boqaçev xatırladıb ki, hazırda günəş ləkələrinin sayına görə cari dövrün ən yüksək nöqtəsi 2024-cü ilin avqustu, alovların gücünə görə isə 2024-cü ilin may və oktyabr aylarıdır.

“Buna görə də 2024-cü ildə aktivlik artıq çox yüksək idi və noyabr ayı indiyə qədər az-çox sakit görünsə də, çox güman ki, bu müvəqqəti fasilədir və Günəş yaxın gələcəkdə böyüməyə başlayacaq”, - deyə alim əlavə edib.

Boqaçev qeyd edib ki, indi 2025-ci ildə püskürmə və tufanların konkret “proqramını” proqnozlaşdırmaq mümkün deyil, çünki gələn ilin aktivliyini müəyyən etməyə imkan verəcək günəş ləkələri qrupu hələ yaranmayıb. Onun sözlərinə görə, ən böyük püskürmələr əvvəlki iki dövrədə olduğu kimi günəş aktivliyinin pik nöqtəsindən yalnız iki-üç il sonra baş verə bilər. Onların X10 səviyyəsinə çatması gözlənilir.

Boqaçevin proqnozlarına görə, günəş enerjisi aktivliyi 2029-2031-ci illərdə minimuma enəcək, bundan sonra tədricən yenidən artmağa başlayacaq.

Sevinc İBRAHİMZADƏ

Seçilən
17
redaktor.az

1Mənbələr