AZ

MİSLİ ilə qazan!

Futbolinfo.az “Misli” ilə reallaşdırdığı layihəni davam etdirir. Həftədə iki dəfə təxminlərimizlə tanış olmaq imkanınız olur. Variantları statistikaya əsaslanaraq təqdim edir, qazanmağınıza yardımçı oluruq.

Hər həftənin çərşənbə axşamı və cümə günləri qarşıdakı 3-4 günün oyunları ilə tanış olur, uyğun bildiyiniz matçları kuponunuza daxil edirsiz.

Artıq variantlarımızdan yararlanmaq imkanınız olub. Yenə mərc etməyiniz üçün məsləhətimiz var.

BANKO KUPON ÜÇÜN

Uels – İslandiya: 1

* Qrupda 9 xalla ikinci sırada qərarlaşan Uels İslandiyanı 2 xal fərqilə qabaqlayır.

* Uels evdə keçirdiyi 2 oyunda qol buraxmayıb.

* Uels İslandiyaya qarşı keçirdiyi son 3 ev oyununda qalib gəlib.

* Uels İslandiyaya qarşı keçirdiyi son 5 oyunun 4-də qələbə qazanıb.

SÜRPRİZ KUPON ÜÇÜN

Albaniya – Ukrayna: 1x

* Albaniya son 2 oyunda 4 xal toplayıb.

* Albaniya son 2 oyunda qol buraxmayıb.

* Ukrayna son 2 oyunda qələbə qazana bilməyib.

* Ukrayna qrupda keçirdiyi son 5 oyunda yalnız 1 qələbə qazanıb.

* Albaniya evdə keçirdiyi son 7 rəsmi oyunda uduzmayıb.

QARIŞIQ KUPON ÜÇÜN

Kolumbiya – Ekvador: 1

* Seçmə mərhələdə 19 xalla 3-cü pillədə qərarlaşan Kolumbiya Ekvadoru 3 xal qabaqlayır.

* Kolumbiya evdə keçirdiyi son 3 oyunda qalib gəlib.

* Ekvador səfərdə keçirdiyi son 3 oyunda qol vura bilməyib.

* Ekvador son 3 oyunda Kolumbiyaya qol vura bilmir.

* Kolumbiya evdə keçirdiyi son 5 oyunun 4-də Ekvadoru məğlub edib.

ARZULANAN KUPON ÜÇÜN

İsveç – Azərbaycan: 3,5 alt

* İsveçin qrupda keçirdiyi son 4 oyundan 3-ü “3,5 alt” başa çatıb.

* Azərbaycan Slovakiya səfərində qapısında 2 top görüb.

* Azərbaycan son turda nə qol burub, nə də qapısından top buraxıb.

* İsveçin evdə keçirdiyi son 3 rəsmi oyununda 4 qol vurulmayıb.

* Azərbaycanla İsveç arasında keçirilən 5 oyunun 3-ü “3,5 alt” başa çatıb.

Seçilən
29
futbolinfo.az

1Mənbələr