AZ

Çin və Rusiya liderlərinin görüşü strateji əməkdaşlıq üçün yeni mərhələ açdı – ÖZƏL

Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında Kazanda keçirilən BRİKS sammitində baş tutan görüş iki dövlət arasındakı münasibətlərin yeni inkişaf mərhələsi üçün strateji əsas qoydu. 

Olaylar.az xəbər verir ki, bu fikirləri Çin Xarici İşlər Naziri Van Yi Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 sammiti çərçivəsində Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşündə səsləndirib.

Van Yi vurğulayıb ki, Çin Rusiya ilə əməkdaşlığı daha da gücləndirmək, iki ölkə arasında strateji tərəfdaşlığı yeniləmək və hər iki ölkənin dirçəlişinə töhfə vermək üçün işlərini davam etdirməyə hazırdır.

Nazir əlavə edib ki, Çin və Rusiya mehriban qonşuluq, konfrantasiyadan uzaq yanaşma və üçüncü tərəflərə qarşı yönəlməmə prinsiplərinə sadiq qalaraq əməkdaşlıqlarını dərinləşdirir və hər hansı hərbi-siyasi bloklara qoşulmaqdan çəkinirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
olaylar.az

1Mənbələr