AZ

Rusiyada nüvə partlayışlarından qorunmaq üçün mobil sığınacaqların istehsalına başlanılıb – ÖZƏL

Rusiyada nüvə partlayışlarının və radioaktiv çirklənmənin nəticələrindən qorunmaq üçün nəzərdə tutulmuş "KUB-M" modulyar tipli mobil sığınacaqların seriya istehsalına start verilib. İstehsal prosesi Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində həyata keçirilir.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Elmi-Tədqiqat İnstitutunun (VNIİ GOÇS) rəsmi saytında məlumat verilib:

"Rusiya Federasiyasında innovativ modulyar qoruyucu qurğu olan 'KUB-M'-in seriya istehsalı başlanılıb".

Məlumatda qeyd olunur ki, "KUB-M"-in istehsalı vətəndaşların təhlükəsizliyini artırmaq üçün mühüm addımdır və gələcəkdə yeni müdafiə sistemlərinin inkişafı üçün geniş perspektivlər açır.

Sığınacaq bir texniki bölmədən və 54 nəfəri yerləşdirə bilən əsas bölmədən ibarətdir. Onun əsas üstünlüyü isə mobil olmasıdır: "KUB-M"-i asanlıqla başqa bir yerə daşımaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
32
olaylar.az

1Mənbələr