Rusiyanın xalq artisti, məşhur rejissor Aleksandr Mitte palliativ status alıb(Palliativ-Qayğıya ehtiyacı yaranan ağır xəstəliyi olan xəstələr və onların ailələrinin mümkün həyat keyfiyyətinin dəstəklənməsi-red.). Bu barədə Mash Telegram kanalı məlumat yayıb.
"Palliativ status xroniki sağalmaz xəstəlik diaqnozu qoyulmuş insanlara verilir. Mittaya isə böyrək xərçəngi diaqnozu qoyulub",- paylaşımda yazılıb.
Məlumata görə rejissor artıq sərbəst şəkildə yeriyə bilmir: "Ancaq o, mütləq xərçəng xəstəliyinə görə müayinələrdən keçməlidir. Mittanın yaxın vaxtlarda onkoloqun qəbuluna getməsi planlaşdırılır".
Tural