AZ

Rəfail Becanov: “Siyasi riyakar və qərəzli olduqlarına görə özləri bu imici qazanırlar”

Deyəndə ki, bunlar təpədən-dırnağa ermənipərəstdirlər, deyirlər, xoşunuz gəlməyən hər kəsə bu damğanı vurursunuz. 

Bu, damğa vurmaq deyil, onların hərəkətlərinin, mövqelərinin cavabıdır. Eyni zamanda, haqsızlıqla, siyasi riyakarlıqla erməniləri müdafiə etdiklərinə və qərəzli olduqlarına görə özləri bu imici qazanırlar. Azərbaycana qarşı hücum, qərəz, təbliğat demokratiya və digər məsələlərlə əlaqəli olsaydı, danışanlar bütün çıxış və açıqlamalarında erməni məsələsini gündəmə gətirməzdilər. Bu hücumların əsl səbəbi nə insan haqlarıdır, nə də demokratiya.Hücumun bütün iştirakçıları öz niyyətlərini açıq-aşkar deyirlər.

Biz isə hələ də açıq mövqeləri dəyərləndirmirik, bəzi manipulyativ iddialara inanırıq. ABŞ Konqresinin iki üzvünün mövqeyi onların niyyətlərinin nə olduğunu bir daha təsdiqləyir. 

Senator Edvard Con Marki deyir ki, “əsirlikdə olanlar” dərhal azad edilməli və ermənilər Qarabağa qayıtmalıdırlar. 

“Əsirlikdə olanlar” deyəndə isə Puben Vardanyanı, Araik Arutyunyanı, Bako Saakyanı və qanunsuz hərbi birləşmələrə rəhbərlik edərək, Azərbaycanın ərazi bütünlüyünə qəsd edən, ölkənin təbii sərvətlərini talayan, torpaqlarımızı işğalda saxlayan xunta rejiminin başçılarını nəzərdə tutur. 

Məskunlaşdığı ərazinin sahibi olan dövlətin qanunlarına tabe olmayaraq, qanunsuz hərbi birləşmə yaradan cinayətkarların qanun qarşısında cavab vermək üçün həbs olunmaları əsirliyə nə qədər uyğun gəlir? 

Ermənilərin Qarabağa qayıtmalarının vacibliyindən danışan bu şəxs Qərbi Azərbaycana qayıtmalı olan soydaşlarımızdan danışmamaqla siyasi riyakarlığın finiş xəttini də keçir. 

Onunla eyni mövqeni bölüşən digər senator Şeldon Uaythaus da açıq şəkildə Ermənistanı müdafiə etdiklərini bildirməkdən belə çəkinmir. O da həmkarı kimi ermənilərin “deportasiyasından” danışır. Bütün bunlar bir daha ölkəmizə qarşı başlanan, COP29 ərəfəsində belə səngiməyən bu qərəzli münasibətin arxasında Azərbaycanın güclü, asılı olmayan bir dövlətə çevrilməsini qəbul etməməyin və ermənilərə xidmətin dayandığını göstərir.

Rəfail Becanov,

Seçilən
4
cebheinfo.az

1Mənbələr