AZ

İKTA sədrinə müavin təyin edilib

Bakı.Trend:

Ceyhun Şirzad oğlu Hüseynzadə İnformasiya KommunikasiyaTexnologiyaları Agentliyinin (İKTA) İdarə Heyəti sədrinin müavinitəyin edilib.

Bu barədə Trend-in sorğusunacavab olaraq İKTA-dan məlumat verilib.

Bildirilib ki, bu təyinata qədər Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsininmüdiri olan Ceyhun Hüseynzadə iqtisadi inkişaf, layihələrinidarəedilməsi və strategiyaların hazırlanması sahəsində 10 ildənçox təcrübəyə malikdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (bakalavr) və “BowlingGreen State University”nin (magistr) məzunu olan sədr müavinimüxtəlif illərdə Azərbaycan Mərkəzi Bankı, İslam İnkişaf BankıQrupu və “Paşa Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları vərabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə vənəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Seçilən
11
18
az.trend.az

10Mənbələr