Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Agentliyin məlumatına görə, Paşayev hüquq sahəsində fəaliyyət göstərən bir şirkətin təsisçisidir. Noyabr ayında təşkilatın hesabları vergi ödəyicisinin (ödəmə toplayıcısının, sığorta haqqı ödəyicisinin və ya vergi agentinin) borc öhdəliyini yerinə yetirməməsinə görə bloklanıb. Şirkətin mənfi balansı 25 286 rubl təşkil edib.
Eyni zamanda, Elman Paşayevin şəxsən 707 258 rubl məbləğində vergi borcu var.