Aktrisa Ancelina Coli bu günlərdə maliyyə böhranı yaşayır. O, keçmiş əri Bred Pittlə məhkəmə prosesini davam etdirmək üçün kəskin tədbirlər görməyə məcbur olur.
Hafta.az-ın yazdığına görə, 2016-cı ildə boşanmaq qərarına gələn Hollivud ulduzlarının Chateau Miraval şərab zavodu ilə bağlı məhkəmə prosesinin sonu görünmür. Hazırda xanım Colinin bank hesabındakı vəsait tükənmək üzrədir.
“Aktrisa rəfində olan hər şeyi satır: bahalı zinət əşyaları, dizayner paltarları, ayaqqabıları və aksessuarları. İndi Coli Bredlə evlənərkən əldə etdiyi unikal zinət əşyalarını da satır”, - “Radar Online” yazır.
Nəşrin yazdığına görə, “Cənab və xanım Smit” ulduzu 1958-ci il istehsalı olan Ferrari 250 GT-ni də satışa çıxarıb. Vəziyyət belə davam edərsə, maliyyə böhranı ilə üzləşə biləcəyindən narahat olan Colinin yaxınları onu sonsuz məhkəmə işlərindən əl çəkməyə çağırırlar.
Bütün çətinliklərə və itkilərə baxmayaraq, Ancelina keçmiş əri ilə mübarizəni davam etdirir.
Məlumat üçün bildirək ki, Ancelina Coli və Bred Pitt 2019-cu ildə rəsmən boşanıblar. Keçmiş cütlüyün altı övladı var. Onlar Maddoks, Paks Tayen və Zahara adlı uşaqlarını övladlığa götürüblər. Şayla, əkizlər Noks və Vivyen cütlüyün bioloji övladlarıdır. “Ailəm üçün Bred Pittdən boşandım. Bu, düzgün qərar idi. Bu günə kimi övladlarımın rahat həyatına fikir verirəm”, - deyə aktrisa bildirib.