AZ

Gürcüstanda etirazçıların bağladığı küçəni polislər açdı

Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrini qəbul etməyən nümayişçilərin paytaxt Tbilisidə nəqliyyatın hərəkətinə bağlandığı və çadır qurduğu küçə polisin müdaxiləsi ilə açılıb.

Turkustan.az xəbər verir ki, noyabrın 17-nə keçən gecədən müxaliflər tərəfindən nəqliyyatın hərəkətinə qapadılan Tbilisinin mərkəzindəki İlia Çavçavadze küçəsinə çoxlu sayda polis gəlib və yerli vaxtla saat 07:00 radələrində nümayişçilərə yolun açılması barədə xəbərdarlıq edib. Bu xəbərdarlıqdan sonra nümayişçilər geri çəkilməyə başladılar.

Polis və Tbilisi bələdiyyəsinin rəsmiləri nümayiş ərazisinə gələrək nümayişçilərin küçədə qurduqları çadırları yığışdırıblar. Xüsusi təyinatlıların və təzyiqli su maşınlarının da olduğu ərazidə küçənin təmizlənməsi işləri aparılıb.

Nümayişçilər İlia Çavçavadze küçəsindən geri çəkilərək yaxınlıqdakı Petre Melikişvili küçəsinə doğru irəliləyiblər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
18
1
turkustan.az

2Mənbələr