AZ

Pankreas şişləri üçün yeni diaqnostik üsul: Kərtənkələ tüpürcəyi

Yazını böyüt
Yazını kiçilt

Zəhərli kərtənkələnin tüpürcəyi çətin aşkarlanan mədəaltı vəzinin şişlərini üzə çıxarmaq üçün istifadə edilə bilər.

Hafta.az-ın “Science News”a istinadən yazdığına görə, əsas funksiyalarından biri insulin istehsal etmək olan mədəaltı vəzidə bu işi görən hüceyrələr vaxtaşırı pozulur və insulinoma adlanan şişlər əmələ gəlir.

Bu nadir şişlər adətən xoşxassəli olur. Ancaq qan şəkəri səviyyəsinin aşağı olması, insanın huşunu itirməsinə və ya tutma keçirməsinə səbəb ola bilər.

Mütəxəssislər deyirlər ki, çox kiçik olsalar da, mümkün qədər tez aradan qaldırılmalıdır. Ancaq bu şişləri indiki üsullarla tapmaq çox çətindir.

Hollandiyanın Radboud Universitetinin Tibb Mərkəzindən Martin Qottardt deyir: "Şişin harada olduğu bilinməsəydi, cərrahlar mədəaltı vəzi tapana qədər kəsərdilər. Bu gün insulinoma aşkar edilmirsə, xəstələr əməliyyat olunmurlar, çünki həkimlər mədəaltı vəzinin hamısını çıxarmaq istəmir".

Qotthardt və onun həmkarları tərəfindən nəzərdən keçirilən “Journal of Nuclear Medicine” jurnalında dərc edilmiş araşdırmaya görə, Gila kərtənkələsi bu problemin həllində böyük potensiala malikdir. ABŞ və Meksikada yaşayan Gila kərtənkələsi adətən öldürücü olmayan zəhər ifraz edir.

Kərtənkələnin tüpürcəyindəki bir zülal əvvəllər laboratoriyada işlənib və şəkər xəstəliyinin müalicəsində istifadə edilib. Sözügedən zülal mədəaltı vəzidəki reseptorlara bağlanaraq onların insulin istehsal etməsinə şərait yaradır.

Buna əsaslanaraq, elm adamları eyni zülalın insulinomaları da aşkar edə biləcəyini araşdırmaq üçün yola çıxdılar. İlk araşdırmalarda radioaktiv molekulun əlavə olunduğu zülal şişi təsbit etsə də, qan şəkərinin aşağı düşməsi və ürəkbulanma kimi yan təsirlərə səbəb olub. Yeni araşdırma aparan qrup, başqa bir molekul əlavə etməklə yan təsirləri böyük ölçüdə aradan qaldırdı.

Elm adamları yeni üsulu qan şəkəri aşağı olan 69 insanda sınaqdan keçirib və bunun 95 faiz müvəffəqiyyət nisbəti ilə şişləri aşkarlaya biləcəyini müəyyən ediblər. Bunun əksinə olaraq, cari nümayişlər yüzdə 65 ətrafında müvəffəqiyyət nisbətini göstərir.

Müəyyən edildikdən sonra şişlər xəstələrin bədənindən uğurla çıxarılıb.

"Biz inanırıq ki, yeni skan bütün digər skanları əvəz edə bilər" deyə məqalənin aparıcı müəllifi Marti Boss əlavə edib: "Bu xəstələrin hamısı əməliyyatdan sonra tam sağalıb, baxmayaraq ki, bəziləri onilliklər ərzində xəstə idi".

Seçilən
22
hafta.az

1Mənbələr