AZ

Ukrayna rəsmisi: "Müharibənin təbiətə zərərləri uzun müddət hiss olunacaq"

Ukraynadakı müharibənin təbiətə vurduğu zərərlər uzun müddət hiss olunacaq

Bunu Ukraynanın heyvanların qorunması üzrə təşkilatı - "UAnimals"ın təsisçisi Oleksandr Todorçuk bildirib.

"Müharibə başa çatdıqdan, mərmilər və raketlər susduqdan sonra belə insanlıq münaqişənin təbiətə vurduğu zərərin təsirlərini uzun müddət hiss etməyə davam edəcək. Tammiqyaslı hərbi əməliyyatların başlanmasından etibarən "UAnimals" ekosidin cinayət kimi tanınması və beynəlxalq ictimaiyyətin buna təcili reaksiya verməsi üçün çalışır. Reallığı süni intellekt deyil, insanlar formalaşdırır. Gələcəyimizin necə olacağı bizdən asılıdır. Hazırda isə reallığımız, ətraf mühitin müxtəlif təhlükələr qarşısında zəif qaldığı dünyadır” - o qeyd edib.

Mənbə: report.az

Seçilən
36
1
report.az

2Mənbələr