AZ

Almaniya kansleri Olaf Putinlə danışmağa qərar verməsinin səbəbi açıqlanıb – ÖZƏL

Almaniya kansleri Olaf Şolts ölkəsində yaxınlaşan parlament seçkiləri səbəbindən Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağa qərar verib. 

Olaylar.az xəbər verir ki, bu haqda CNN məlumat yayıb. Məlumata görə, bu addım Şoltsun seçkiqabağı kampaniyasını "sülh tərəfdarı" imicində aparmaq istəyilə əlaqəlidir.

"Şolts seçki kampaniyasına 'sülhpərvər' kimi qoşularaq, əks halda Moskvaya simpatiya bəsləyən müxalifətə verilə biləcək səsləri təmin etməyə çalışır," - deyə Almaniya Beynəlxalq Münasibətlər Şurasının elmi əməkdaşı Alena Epifanova fikrini bölüşüb.

Putin, Şoltsun zənginə 2024-cü il noyabrın 15-i axşam cavab verib. Söhbət zamanı Rusiya prezidenti Ukraynadakı vəziyyəti şərh edərək bir daha vurğulayıb ki, Moskva, Qərbin Rusiyanın qanuni maraqlarını nəzərə alacağı təqdirdə, sülh yolu ilə həllə qarşı deyil.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov isə bildirib ki, Putinlə Şolts arasında kifayət qədər işgüzar, detallı və olduqca səmimi söhbət baş tutub. Ümumilikdə, danışıq təxminən bir saat davam edib. Peskov, həmçinin, Rusiya prezidentinin dialoqa hər zaman açıq olduğunu xatırladıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
olaylar.az

1Mənbələr