AZ

Yeni Dehlidə çirkli hava həyatı iflic etdi

Hindistanın paytaxtı Yeni Dehlidə havanın çirklilənməsi səbəbindən fövqalədə vəziyyət elan edilib.

KONKRET.az xəbər verir ki, bazar ertəsindən payatxtdakı məktəblər bağlanıb və tikintini işləri  dayandırılıb. Vacib olmayan yük maşınlarının şəhərə daxil olması qadağan edilib. 33 milyon insanın yaşadığı Yeni Dehlidə havanın keyfiyyəti getdikcə daha təhlükəli vəziyyətə çatıb. Ölümcül duman paytaxtdakı abidələri və hündürmərtəbəli binaları görünməz hala gətirib. Hindistanın şimalında havanın çirklənməsinə  hər il qışda rast gəlinir. Buna səbəb   fermerlərin əkinçilik ərazilərində məhsul qalıqlarını yandırmasıdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr