Bakı. Trend:
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasında (COP29) “ATACH Günü” keçirilib.
Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziriTeymur Musayev iqlim dəyişikliyinin qlobal problem və bəşəriyyətüçün real təhlükə kimi dövrümüzün ən çox müzakirə olunanmövzularından biri olduğunu qeyd edib:
“Son vaxtlar yalnız uzaq gələcəkdə mümkün kimi qəbul edilənproblem indi qapımızı “döyür”. Quraqlıq, su qıtlığı, anomal istilərvə dəniz səviyyəsinin qalxması insanları əsrlər boyu yaşadığıməkanlardan tərk etməyə məcbur edir”.
Nazirin sözlərinə görə, ölkələrin və ayrı-ayrı şəxslərinüzləşdiyi iqtisadi itkilər əhəmiyyətli olsa da, bu itkilər müəyyəndərəcədə geri qaytarıla bilər:
“Bununla belə, qarşısıalınmaz olan odur ki, iqlim dəyişikliyininnəticələrinin ən ağır yükünü daşıyanların sağlamlığı və həyatıitkisidir. Əslində, sağlamlığa təsirlər hazırda müşahidə etdiyimiziqlim dəyişikliyinin ilk və ən ani təsirlərindən biridir. Bu, açıqşəkildə göstərir ki, iqlim dəyişikliyi ilə bağlı hər hansı müzakirəonun sağlamlığa təsirini nəzərə almadan natamamdır”.
Azərbaycanın İqlim və Sağlamlığın qorunması naminəTransformasiya Alyansına (ATACH) rəsmi olaraq qoşulduğu və2024-2026-cı illər üçün Alyansın həmtəşkilatçısı kimi çıxış edəcəyivurğulanıb:
“ATACH iqlim və sağlamlıq məsələləri üzrə milli və beynəlxalqəməkdaşlıq üçün əsas qlobal platforma rolunu oynayır. Alyans Şarməl-Şeyx Uyğunlaşma Gündəliyinə (COP27), COP28-in SağlamlıqBəyannaməsi və 77-ci Ümumdünya Səhiyyə Assambleyasında qəbul edilənİqlim Dəyişikliyi və Sağlamlıq üzrə Qətnamə də daxil olmaqla, COP26Səhiyyə Gündəliyinin nailiyyətlərinə və sonrakı təşəbbüslərəəsaslanır.
Nazirin sözlərinə görə, Azərbaycan COP29-a ev sahibliyi edərəkyaşıl enerjiyə keçidə sadiqdir:
“İqlim dəyişikliyinin azaldılmasının maliyyələşdirilməsi COP29müzakirələrinin, o cümlədən sağlamlığa təsirlərinmaliyyələşdirilməsinin təməl daşı olaraq qalır. Hesab edirik ki,iqlim və sağlamlıq gündəmlərinin maliyyələşdirilməsi bütün müvafiqmaraqlı tərəfləri cəlb etməklə, növbəti səviyyəyəqaldırılmalıdır”.
“Hazırda ATACH 90-dan çox ölkə və ərazi, həmçinin mühümmissiyada birgə çalışan 70-dən çox tərəfdaşı birləşdirir. Bundanəlavə, ATACH iqlim dəyişikliyi və sağlamlıqla bağlı tədbirlərigücləndirmək üçün mühüm qlobal əməkdaşlıq mexanizmi təqdim edir.Eyni zamanda, Alyans iqlim dəyişikliklərinə davamlı vəaşağıkarbonlu səhiyyə sistemlərinin qurulmasına yönəlib. ATACH-ınhəmtəşkilatçısı kimi Azərbaycan Respublikası Alyans vasitəsiləiqlim və sağlamlıqla bağlı fəaliyyət üçün qlobal təkan yaratmaqməqsədilə keçmiş və gələcək COP prezidentləri, eləcə də bütün ATACHüzvləri ilə birgə işləməyə sadiqdir. Biz bütün COP29 iştirakçıölkələri ATACH-a qoşulmağa dəvət edirik. Bununla onlar iqlimtədbirləri vasitəsilə sağlamlığı qorumaq və yaxşılaşdırmaq üçünkollektiv səylərə töhfə verə və bundan faydalana bilərlər”, - deyəAzərbaycan Respublikasının Səhiyyə Naziri fikrini tamamlayıb.
Tədbirdə çıxış edən ÜST-nin Qərbi Sakit Okean üzrə RegionalDirektoru, doktor Saiya Mau Piukala, Böyük Britaniyanın Xariciİşlər, Millətlər Birliyi və İnkişaf Nazirliyinin (FCDO) adaptasiya,təbiət və xarici təsirlərə davamlılıq Departamentinin rəhbəriCerard Hou, Braziliya Səhiyyə Nazirliyinin Səhiyyə Nəzarəti KatibiEtel Masiel, Misirin Səhiyyə və Əhali Nazirliyi, institusionalislahatlar üzrə nazirin köməkçisi doktor Hossam Abdel Qaffar vəbaşqaları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasının qlobal ictimaiyyət üçünbir araya gələrək, praktiki həlləri müəyyən etməkdə mühüm fürsətolduğunu qeyd ediblər.
İqlim dəyişikliyinin təhlükəli xəstəliklərin yayılmasına,səhiyyə sistemləri üçün yük yaratdığı və maliyyə dayanıqlığınaxələl gətirməsinə səbəb olduğu vurğulanıb. Bu cür böhranlarnəticəsində ən həssas əhali təbəqələri əziyyət çəkir. Bu baxımdan,innovasiya, texnologiya və tədqiqatları stimullaşdırmaq üçünböhrana birgə reaksiyadan yaranan imkanlardan istifadə etməyinvacibliyi qeyd olunub. Bu tədbirlər daha sağlam gələcəyə və dahamöhkəm sistemlərə gətirib çıxaracaq.