AZ

Tramp 9 uşaq atasını nazir vəzifəsinə təyin edəcək: "Bu, onun necə mükəmməl insan olmasını sübut edir"

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 9 uşaq atası, keçmiş konqresmen Şon Daffini nazir təyin edəcək.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, sahibi olduğu sosial media platforması "Truth Social"da yazıb.

Tramp bildirib ki, keçmiş konqresmen Şon Daffinin nəqliyyat naziri vəzifəsinə namizədliyini elan etməkdən qürur duyur: "Daffi karyerasına Viskonsinda prokuroru kimi başlayıb. Daha sonra Viskonsin ştatından Konqresə seçilib. Daffi Amerikanın magistral yollarını, tunellərini, körpülərini və hava limanlarını yenidən qurarkən mükəmməlliyə, rəqabətə və gözəlliyə üstünlük verəcək. O, bu yeniliklərlə iqtisadiyyatımıza xidmət göstərəcək"

Samir Musayev
MİA.AZ

Seçilən
40
19
mia.az

10Mənbələr