Türkiyəli məşhur aktrisa Nur Sürerin yeni layihəsi bəli olub.
"Cebheinfo.az" xəbər verir ki, sənətçi "Yeni Bir Gün" adlı serialda çəkiləcək.
O, ekran işində "Güngör" obrazına həyat verəcək. Serialın baş rol aktrisası isə Ezgi Mola olacaq. O da layihədə "Nehir" obrazını canlandırıacaq. Sözügedən serial tezliklə "Show TV" telekanalında yayımlanacaq.
Xatırladaq ki, Nur Sürer "Ihlamurlar Altında", "Asi", "Lale Devri", "Tatar Ramazan", "Kayıtdışı", "Çukur", "Camdaki Kız", "Aile" kimi çox sayda yüksək reytinqli seriallarda rol alıb.