AZ

Müharibələr artacaq, yoxsa azalacaq? - ŞƏRH

"Böyük ehtimalla, Donald Tramp ikinci müddətində ABŞ-nin nüfuzunu gücləndirmək üçün çəkindirmə və diplomatiyadan istifadəyə daha çox güvənən xarici siyasətə üstünlük verəcək".

Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Trampın Vladimir Putin və ya Si Cinpinq kimi digər liderlərlə şəxsi münasibətləri gərginliyi artıra və gücləndirə bilər:

362701

"Hesab edirəm ki, müharibə mövzusunda Tramp genişmiqyaslı müharibələrlə məşğul olmayacaq. Lakin özünü hədəflənmiş hərbi əməliyyatlara cəlb edə bilər, xüsusən də İran və ya Şimali Koreya kimi ABŞ-nin düşmənləri mərkəz səhnəyə çıxdığı yerlərdə. Tammiqyaslı hərbi münaqişədən daha çox proksi müharibələr və ya kiber döyüşlər daha çox ehtimalı böyükdür".

Lakin ekspert qeyd edib ki, hal-hazırda Yaxın Şərqdə gedən müharibəyə siyasi və hərbi dəstək arta bilər:

"Benyamin Netanyahu hökumətinin Tramp administrasiyası ilə münasibətlərinin yaxşı olduğu da məlum məsələdir. Həmçinin, Donald Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün xüsusi sülh paketi təqdim etməlidir. Təbii ki, bu məqamda Ukraynanın milli maraqlarını təmin etmək çox çətin düstur tələb edəcək. 

Rusiya isə bu prosesdə işğal etdiyi ərazilərdən çəkilmək niyyətində olmayacaq. Buna görə də Tramp Adminstrasiyasının bu mövzuda işi çox olacaq".

Rüstəm Tağızadə onu da əlavə edib ki, Çin və İran mövzusunda isə Tramp Administrasiyası iqtisadi həmlələr edə bilər:

"Amma Çin ilə ticarət əlaqələri əslində ABŞ-nin maraqlarına da uyğun gəlir. Sadəcə Çinin iqtisadi cəhətdən böyüməsini istəməyən ABŞ hansı addımları atacağı çox maraqlıdır. İran məsələsi isə Yaxın Şərqə bağlı olacaq. ABŞ-nin Yaxın Şərq siyasətində düzəlişlər etməsi, İrana da təsir edəcək. Həmçinin, Trampın dövründə İrana nüvə mövzusunda təzyiqlər çoxalması ehtimalı böyükdür".

Pərviz

Seçilən
8
hit.az

1Mənbələr