- “mygov” tətbiqinə daxil olun və "Həyat hadisələri" bölməsində yer alan "Ailə qurmaq" seçiminə tıklayaraq və ya "Xidmətlər" bölməsindən "Nikahın qeydiyyata alınması" xidmətini seçərək prosesə başlayın.
- Sistem hər iki tərəfin tibbi arayışlarını yoxladıqdan sonra FİN və təsdiq kodları ilə qeydiyyat ekranı açılacaq.
- Tərəflərdən biri digərinə FİN və təsdiq kodunu göndərərək nikah qeydiyyatı üçün müraciətini davam etdirir.
- Nikah sonrası götürüləcək soyadı və şəhadətnamə təhvilalma mərkəzini seçin, məlumatlarınızı təsdiqləyin.
- 30 gün sonra xidmətin statusunun dəyişməsi ilə bağlı vətəndaşa bildiriş gəlir. Status “Tamamlanıb” olaraq göründüyü zaman, 10 AZN məbləğində dövlət rüsumunu ödəyin.
- Şəhadətnaməniz hazır olduqda, seçdiyiniz təhvilalma mərkəzindən onu əldə edə bilərsiniz.
Bu yenilik sayəsində vətəndaşlar artıq nikah qeydiyyatını evdən çıxmadan, rahatlıqla və vaxt itirmədən həyata keçirə bilərlər. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 iyul tarixli Fərmanına əsasən vətəndaşların tələb olunan nikah haqqında şəhadətnamə məlumatlarını “mygov” platforması üzərindən təqdim etməsi onun fiziki daşıyıcısını təqdim etməsi ilə bərabər tutulur.