AZ

“Ukrayna xəbərlərinin Türkiyə bölməsi həqiqəti əks etdirmir”

Prezident Rəcəb Tayyib Ərdoğanın Braziliyada keçiriləcək G-20 sammitində Ukrayna ilə bağlı yeni plan təqdim edəcəyi ilə bağlı iddialar təsdiqini tapmayıb.

Turkustan.az xəbər verir ki, Türkiyənin diplomatik mənbələri belə bir bəyanatla çıxış ediblər: “Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq üçün diplomatik təşəbbüsləri dəstəkləyirik”. Ötən gün "Bloomberg" xəbər agentliyinin Ukrayna ilə bağlı yaydığı xəbərin Türkiyə ilə bağlı hissələrinin həqiqəti əks etdirmədiyi də bildirilib.

Türkiyədən olan mənbələr iddiaları təsdiqləməsə də, Kremlin sözçüsü Dmitri Peskov belə bir planı qəbul etməyəcəklərini açıqlayıb. Peskov: “Prezident Ərdoğanın G20 sammitində Ukrayna ilə bağlı irəli sürəcəyi yeni planda cəbhə xəttinin dondurulmasını və oraya sülhməramlıların yerləşdirilməsini nəzərdə tutduğu deyilir . Biz Rusiya olaraq belə bir planı qətiyyən qəbul edə bilmərik. Ukrayna münaqişəsinin necə bitməli olduğunu iyun ayında prezident Putin ifadə edib. Putin Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiya ərazisi elan edilməsini istəyir".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
turkustan.az

1Mənbələr