Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisi Dövlət Universitetinin binasının yaxınlığındakı küçəyə gediş-gəlişin qarşısını çadırlarla kəsən mitinq iştirakçılarını qovaraq, Çavçavadze prospektini tamamilə açıblar. Mitinq iştirakçıları yaxınlıqdakı Melikişvili prospektinə sıxışdırılıblar. Etirazçılarla polis arasında toqquşmalar başlanıb.
Polis əməkdaşları mitinq iştirakçılarını sıxışdırmağa və yolu açmağa çalışıblar. Gözyaşardıcı qazdan isifadə edilib. Nümayişçilər müqavimət göstəriblər, polisə daş atıblar. Bir neçə nəfər saxlanılıb.
Hürr Tərcüman