AZ

"İqlim dəyişikliyindən ən çox zərər çəkənlər kənd təsərrüfatı ilə məşğul olanlardır" - Nazir

Kənd təsərrüfatı dünyada iqtisadiyyatın ən mühüm sektorlarından biridir. Halbuki fermerlər, kənd təsərrüfatının istehsalı ilə məşğul olanlar iqlim dəyişikliyindən ən çox zərər çəkənlərdir.

Adalet.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: Fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək” Ərzaq, Kənd Təsərrüfatı və Su Gününün rəsmi açılışında deyib.

O qeyd edib ki, onlar iqlim dəyişikliyinin təsirlərini birbaşa öz üzərlərində hiss edirlər.

“Bu təsirlərə yüksək temperatur, proqnozlaşdırılmamış leysanlar, torpağın deqredasiyası və su qıtlığı daxildir ki, bu da onların həyat tərzinə ciddi ziyan vurur. Lakin qlobal iqlim dialoqlarında onlara çox az diqqət yetirilir. İqlim dəyişikliyinin təsirlərini ilk hiss edən fermerlərə ən son dəstək olunur. Bakı Harmoniya İqlim Təşəbbüsünün əsas məqsədi bunu dəyişdirməkdir”, - deyə M.Məmmədov vurğulayıb.

Nazir əlavə edib ki, harmoniyanın məqsədləri çox sadə, lakin vacibdir: “Harmoniya kənd təsərrüfatı, qida və su sahələrində təşəbbüsləri, koalisiyaları və tərəfdaşlıqları birləşdirən mərkəzi platforma rolunu oynayacaq. Bu platforma fermerlərə praktiki biliklər, rəqəmsal alətlərə çıxış və dünyanın ən yaxşı təcrübələri və innovasiyaları ilə əlaqə yaratmaq üçün yer təmin edəcək. Həmin platformanı yaratmaqla biz fermerlərə təsərrüfatları və gələcəkləri üçün düzgün, davamlı seçimlər etmək imkanı veririk”.

Seçilən
8
1
adalet.az

7Mənbələr