Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankının (AMB) apardığı müşahidələrə və daxilolan müraciətlərə əsasən qurumun rəhbər şəxslərinin adındanhazırlanmış saxta sənəd və lisenziyalardan istifadə edilməkləmaliyyə xidmətləri istehlakçılarına həqiqətə uyğun olmayanməlumatların verilməsi halları var.
Trend xəbər verir ki, bubarədə AMB-nin açıqlamasında qeyd edilib.
"Maliyyə xidmətlərinin göstərilməsi üçün təqdim olunmuşlisenziyalara dair məlumatlar AMB-nin internet səhifəsində(www.cbar.az) bazar iştirakçıları bölməsinin aidiyyəti üzrəyarımbölmələrində əks olunub və davamlı olaraq yenilənir. Bu kimihallarla rastlaşdıqda səhifəmizdən əsas istinad və məlumat mənbəyikimi istifadə edilməsi tövsiyə olunur. Əlavə suallarla bağlı Qaynarxəttə (966) müraciət oluna bilər", - məlumatda vurğulanıb.