AZ

“Nikoldan fərqli olaraq müxalifət “təmizləmə" işi aparmır” -Sarkisyan

Xəbər verdiyimiz kimi Ermənistanda yüksək rütbəli məmurlar istefa veriblər. Baş nazir Nikol Paşinyan bununla bağlı Facebookda paylaşım edərək məmurlardan öz postlarını tərk etmələrini xahiş etdiyini deyib.

Araşdırmaçı jurnbalist Osqan Sarksyan son siyasi hadisələri şou adlandırsa da, müxalifəti də tənqid edib. 

O, "Mamul" nəşrində yazıb: “Nikol Paşinyan növbədənkənar və ya adi qaydada keçiriləcək parlament seçkilərinə hazırlaşır. O, seçicilərin könlünü almaq üçün kadr dəyişikliyi edir, “təmizləmə” aparır. Bəs iqtidardakı dəyişiklik proqramı və ya cədvəlindən fərqli olaraq müxalifət nə kimi hazırlıqlar görür? Nikol Paşinyanın reytinqinin aşağı düşməsinə görə istefa verəcəyini və ya onun reytinqinin düşməsinin avtomatik olaraq müxalifətin reytinqinin artmasına səbəb olacağını düşünmək sadəlövhlükdür”.

Tural

Seçilən
40
news365.az

1Mənbələr