AZ

Bank Respublika və EBRD COP29 çərçivəsində yaşıl kredit sazişi imzalayıb (FOTO)

Bakı. Trend:

Bank Respublika yaşıl kredit götürən sahibkarlarakeşbek verəcək!

Azərbaycanın ən böyük kommersiya banklarından biri olan BankRespublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycandayaşıl layihələrin maliyyələşdirilməsi üçün kredit sazişiimzalayıblar.

Kredit, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Kiçik vəOrta Biznesin (KOB) Şərqi Tərəfdaşlıq ölkələrində rəqabətqabiliyyətinin və inkluzivliyinin artırılması proqramı çərçivəsindətəqdim olunub.

Sazişə əsasən, beynəlxalq maliyyə qurumu Bank Respublika üçün 3illik müddətə 7,5 milyon ABŞ dolları məbləğində sintetik kreditayıracaq. Kredit vəsaitləri ekoloji təmiz texnologiyalar vəistehsal üsullarını tətbiq edən kiçik və orta müəssisələrindəstəklənməsi üçün istifadə ediləcək.

Qeyd edək ki, saziş çərçivəsində, Bank tərəfindən ayrılan kreditvəsaitlərini enerji səmərəliliyinin artırılmasına sərf edən vəyaşıl texnologiyalardan istifadə edən sahibkarlara 10%-15% həcmindəkeşbek təqdim edəcək.

“Mikro, kiçik və orta sahibkarlıq iş yerləri yaratmaq vəiqtisadi artımı təmin etmək potensialına malikdir və buna görə dəbu kredit mühüm bir nailiyyətdir. Avropa İttifaqı biznesindəstəklənməsinə böyük diqqət yetirir – bu, Azərbaycan üçün nəzərdətutulmuş Avropa İttifaqının İqtisadi və İnvestisiya Planının əsashissəsidirdeyə Avropa İttifaqının AzərbaycanRespublikasındakı səfiri Peter Michalko qeyd edib.

“Bakıda COP29-da olmaqdan və Avropa İttifaqı və etibarlıtərəfdaşımız Bank Respublika ilə birlikdə kiçik və ortasahibkarlığı dəstəkləməkdən məmnunam. Birlikdə Azərbaycan üçündayanıqlı və inklüziv iqtisadiyyatın əsaslarını gücləndiririk”deyə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) MaliyyəTəşkilatları üzrə İdarəedici Direktoru Francis Malige qeydedib.

"Bank Respublika son iki ildə EBRD tərəfindən Azərbaycandaticarətin maliyyələşdirilməsi sahəsində ən yaxşı tərəfdaşseçilmişdir və biz bu sazişi bağlamaqla yaşıl texnologiyalarsahəsində də əməkdaşlıq etməyə başlamaqdan olduqca məmnunuq. Busazişin ölkəmizdə uğurla keçirilən qlobal tədbir olan COP29çərçivəsində bağlanması isə, bizim üçün xüsusilə xoşdur. Cəlbedilən əvvəlki vəsaitlər kimi, bu kreditlər də Azərbaycandasahibkarlığın dəstəklənməsinə, onların ekoloji təmiz texnologiyalaristifadə etməklə bizneslərini inkişaf etdirilməsinə yönəldiləcək.Biz aparıcı dünya maliyyə təşkilatı və eyni zamanda yaşıliqtisadiyyatın maliyyələşdiirlməsi sahəsində qlobal liderlərdənbiri olan EBRD ilə olan tərəfdaşlığımızı çox yüksəkqiymətləndiririk və göstərdiyi dəstəyə görə təşəkkür edirik."– deyə «Bank Respublika»nın İdarə Heyətinin sədri Tariyelİsmayılov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram,linkedin,telegram səhifələrindəvə ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəngedərək əldə edə bilərsiniz.

Bank
Bank
Bank
Bank
Seçilən
30
14
az.trend.az

10Mənbələr