AZ

Bəbir 4 yaşlı uşağı parçaladı

Hindistanda bəbir oynayan 4 yaşlı uşağa hücum edərək onu parçalayıb.   Manset.a Lent.az-a istinadla bildirir ki, hadisə nəsli kəsilməkdə olan heyvanların, o cümlədən yırtıcı pişiklərin yaşadığı Katarniaqhat Milli Parkının yaxınlığında yerləşən Sitaraampurva kəndində baş verib. Sandip adlı kişi həyat yoldaşı ilə şəkər qamışı toplamağa gedib. Onlar Abhinadan adlı kiçik oğullarını da özləri ilə aparıblar. Böyüklər işləyərkən uşaq yaxınlıqda oynayıb. Qəfil qamışlıqdan bir bəbir uşağa hücum edib. Oğullarının qışqırtısını eşidən valideynlər köməyə qaçıblar. Axtarışlara digər kənd sakinləri də qoşulub. Bəbir səs-küydən qorxub və uşağı buraxaraq, meşəyə qaçıb.

Yaralı uşaq təcili xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər. Yerli sakinlər növbəti hücumların qarşısını almaq üçün meşə idarəsinin əməkdaşlarından yırtıcını tutmaq üçün meşədə tələ qurmağı tələb ediblər. Abhinanadanın ailəsi hakimiyyət orqanlarından təzminat alıb.

Seçilən
13
manset.az

1Mənbələr