AZ

Futbolçuya zarafata görə tarixi cəza verildi

"Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur İngiltərə Federasiyası tərəfindən ağır cəzaya məruz qalıb. Metbuat.az xəbər verir ki, uruqvaylı futbolçu İngiltərə Futbol Federasiyası tərəfindən Son və Koreyalılar haqqında ayrı-seçkilik ifadələri işlətdiyi üçün 100 min funt-sterlinq cərimə edilib və 7 oyunluq cəzalanıb. Məlumata görə, Bentankur mövsümöncəsi müsahibəsində Sonun forması barədə danışarkən zarafatca Asiya ölkəsindən olan insanların hamısının bir-birinə bənzədiyini demişdi. Onun sözləri sosial mediada müzakirələrə səbəb olmuşdu.

Yarımmüdafiəçi məsələ barədə açıqlama verərək, üzr istəmişdi. Son isə məsələ barədə açıqlamasında komanda yoldaşının dediyi sözlərə görə üzüldüyünü bildirmiş və onu bağışladığını açıqlamışdı.

Seçilən
5
1
metbuat.az

2Mənbələr