AZ

“Dırnaqarası müğənnilər ailələrində nə varsa,…” - MÜĞƏNNİ NƏLƏR DİLƏ GƏTİRDİ?

Hər kəsə məlumdur ki, efirdə müğənnilərə şəxsi həyatı ilə bağlı sual verən aparıcılar var. Üstəlik, israrla bunu edənlərin sayı da az deyil. Bəs, bu nə dərəcədə doğrudur? Müğənnilər bu barədə hansı fikirdədir? SİA mövzu ilə bağlı müğənni Aynur Dadaşovanın fikirlərini öyrənib.

Aynur Dadaşova bildirib ki, o da bu məsələyə müsbət yanaşmır: “Müğənniyə sənəti və edəcəyi yeniliklərlə bağlı sual versələr yaxşıdır.

Mən aparıcıları da qınamıram. Yeni müğənnilər elə məsələlərlə gündəmə gəlirlər ki, insan çox təəccüblənir.

Mən mügənniliyə başlayanda nə “Tik-Tok”, nə də “İnstagram” olub. O vaxtı cəmi bir kanalla tanınmışam.

Düşünürəm ki, ailə məsələləri tamaşaçılar üçün gizli qalmalıdır. Onlara mənim geyimim, mahnılarım və səhnə performansım maraqlı olsun”.

Aynur Dadaşova son olaraq bildirib ki, təəssüflər olsun ki, indi dırnaqarası müğənnilər ailələrində nə varsa, çıxıb efirdə danışırlar.

Ayşən Vəli

Seçilən
23
sia.az

1Mənbələr