AZ

İspaniya millisi öz rekordunu yenilədi

Futbol üzrə İspaniya millisi öz rekordunu yeniləyib.

 

Sfera.az xəbər verir ki, son Avropa çempionu buna Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçrəni məğlub etməklə (3:2) nail olub.

 

Komanda 2024-cü ildə yoldaşlıq matçları da daxil olmaqla keçirdiyi 17 görüşün 14-də qalib gəlib.

 

Daha əvvəl yığmanın ən yaxşı göstəricisi 2010-cu ildə dünya çempionu olduğu vaxta təsadüf edib. İspaniya həmin dönəmdə 17 qarşılaşmanın 13-də meydandan qələbə ilə ayrılıb.

 

Qeyd edək ki, ispanlar son olaraq 2024-cü il martın 23-də Kolumbiyaya yoldaşlıq oyununda yenilib - 0:1.

Seçilən
5
5
sfera.az

5Mənbələr