AZ

“Fransa xalqların hüquqlarına hörmətlə yanaşmağa məcbur olacaq”-Aydın Mirzəzadə

“Fransa

“COP29 ərəfəsində Fransa, Niderland və bir neçə ölkə tədbiri gözdən salmaq üçün geniş fəaliyyətə - Azərbaycan ilə bağlı yalan və iftira yaymağa başladılar, tədbiri baykot etmək çağırışlarını səsləndirdilər”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, ancaq bütün bunlara baxmayaraq dünyanın 196 ölkəsindən 76 minədək iştirakçı Azərbaycana gəldi və bu günlərdə konfrans uğurla davam etməkdədir: “Konfransda Cənab Prezidentimizin ada dövlətləri ilə bağlı çıxışında Fransanın işğalçılıq siyasəti ifşa olundu. Fransaya həmin xalqların hüquqlarına hörmətlə yanaşmasına çağırış edildi. Fransanın müstəmləkə siyasətinə etiraz dünyanın müxtəlif bölgələrində günü-gündən artmaqdadır. Gec-tez Fransa həmin xalqların hüquqlarına hörmətlə yanaşmağa məcbur olacaq”.

Röya İsrafilova

Seçilən
8
xalqcebhesi.az

1Mənbələr