AZ

Qəzza zolağında BMT-nin humanitar yardım daşıyan 100-dən çox yük maşınından ibarət karvanını qarət ediblər, ölənlər var

BMT-nin Fələstin Qaçqınları üzrə Agentliyi (UNRWA) sosial mediada bildirib ki, Qəzza zolağında qarətçilər ərzaq da daxil olmaqla humanitar yardım daşıyan BMT-nin 100-dən çox yük maşını karvanına hücum ediblər.

Agentlik 97 yük maşınının itirildiyini, bəzi sürücülərin güllələndiyini və bəzi maşınlara ciddi ziyan dəydiyini bildirib.

UNRWA-nın məlumatına görə, hücum şənbə günü, noyabrın 16-da yük maşınlarının Qəzzanın cənubu ilə sərhədində İsrailin nəzarətində olan Kerem Şalom keçidindən keçməsindən sonra baş verib. Agentliyin sözçüsü Luiza Uoterric “The New York Times”a bildirib ki, 100-dən çox yük maşınından ibarət karvandan yalnız 11-i təyinat yerinə çatıb. Onun sözlərinə görə, hücum edənlər avtomobilləri saxlayıb qarət etmək üçün maşınların təkərlərini atəşə tutublar. UNRWA hələ də dəqiq neçə nəfərin öldüyünü və konvoy üzvlərinin hansı xəsarətlər aldığını dəqiqləşdirir.

Bir gün əvvəl, noyabrın 18-də “Əl-Əqsa” telekanalının mənbələri əməliyyat zamanı anklavda humanitar yardım daşıyan yük maşınlarının oğurlanması ilə məşğul olan cinayətkar qrupların 20-dən çox üzvünün öldürüldüyünü bildirib. Kanalın həmsöhbətlərinin sözlərinə görə, Qəzza təhlükəsizlik orqanları humanitar yük daşıyan yük maşınlarının oğurlanmasında iştirak edən qrupların müəyyən edilərək saxlanılması üzrə əməliyyatları davam etdirmək niyyətindədir.

//Samir Qurbanov, Editor.az

Seçilən
9
3
editor.az

4Mənbələr