AZ

Tramp onları ABŞ-dən ÇIXARACAQ - Ordu cəlb edildi

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp mühacirləri deportasiya etmək üçün ABŞ ordusundan istifadə edəcək.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Fövqəladə vəziyyət elan edəcəyini bildirən Donald Tramp, Judicial Watch prezidenti Tom Fittonun mühacirlərin kütləvi şəkildə ölkədən çıxarılacağı ilə bağlı iddiasının doğru olduğunu açıqlayıb.

Donald Tramp mühafizəkar müşahidə qrupunun Judicial Watch-un prezidenti Tom Fittondan sitat gətirib:

"Tramp milli fövqəladə vəziyyət elan edəcək və qaçqınların kütləvi surətdə deportasiyası üçün orduya müraciət edəcək" və bəli,  "Bu doğrudur" .

Qeyd edək ki, ABŞ-də 2022-ci ildə qeyri-qanuni mühacirlərin sayının 11 milyon olduğu və mümkün deportasiya qərarından 22 milyon insanın təsirlənəcəyi bildirilib.

Nərmin 
Milli.Az

Seçilən
33
50
milli.az

10Mənbələr