AZ

“Mtavar” telekanalı: Gürcüstan müxalifətinin etiraz aksiyası dağıdılıb

Noyabrın 19-da Gürcüstanın Daxili İşlər Nazirliyi nümayişçiləri yolların hərəkət hissəsində toplaşmağı dayandırmağa çağırıb. Məlumatı gürcü mediası yayıb.  

“Son iki gün ərzində Çavçavadze prospekti və Varazixevi ərazisində nümayiş keçirilir, bu zaman yolun hərəkət hissəsi tamamilə zəbt edilib və yolun süni şəkildə bağlanması üçün müxtəlif tipli maneələr yerləşdirilib. Biz nümayiş iştirakçılarını Çavçavadze və Varazixevi prospektlərinin bitişik ərazisini süni şəkildə ucaldılmış tikililərdən azad etməyə, yolun hərəkət hissəsində nümayişi dayandırmağa və qanunla müəyyən edilmiş çərçivədə etiraz etməyə çağırırıq”, - deyə Gürcüstanın Mtavar telekanalı xəbər verib. 

Telekanal onu da bildirib ki, Daxili İşlər Nazirliyinin xüsusi dəstəsi mitinqi dağıtmağa başlayıb, Çavçadze prospektini tamamilə təmizləyib və nümayişçiləri müxalifət liderlərinin yerləşdiyi Melikişvili prospektinə sıxışdırıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
19
xalqqazeti.az

1Mənbələr