AZ

Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasını istisna edən HALLAR

Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasını istisna edən hallara aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

İbtidai araşdırmanın böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına aşağıdakı hallarda yol verilmir:

– cinayət qanunu ilə nəzərdə tutulmuş əməl yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildikdə;

– cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılmalı olduqda;

– İki və daha çox cinayət törətmiş şəxsin törətdiyi cinayətlərdən ən azı biri bu Məcəllənin 214.4-cü maddəsində nəzərdə tutulmadıqda;

– zərər çəkmiş və ya təqsirləndirilən şəxs təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etdikdə.

Seçilən
20
heftelik.az

1Mənbələr