AZ

Xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması belə olur

Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılmasına aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmənin hazırlıq iclasında aşağıdakılar müəyyən edildikdə məhkəmə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında əsaslandırılmış qərar çıxarır:

– təqsirləndirilən şəxs gizləndikdə və onun olduğu yer məlum olmadıqda;

– təqsirləndirilən şəxs onun məhkəmə baxışında iştirakını istisna edən ağır xəstəliyə tutulduqda;

– Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı tətbiq edilmiş normativ hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı sorğu olduqda.

Seçilən
34
heftelik.az

1Mənbələr