AZ

"ABB İnvest İnvestisiya Şirkəti"nin səhmlər üzrə dövriyyəsi 7 229 dəfə artıb

Bakı Fond Birjasının açıqladığı rəqəmlər əsasında bu ilin yanvar-oktyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin səhmlər üzrə dövriyyələrinin dinamikası açınlayıb.

FED.az xəbər verir ki,  səhm üzrə dövriyyəsində ən kəskin artım olan şirkət "ABB İnvest İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin səhm üzrə dövriyyəsi illik müqayisə ilə 7 228,7 dəfə və ya 111,6 milyon manat artıb.

"Capital Partners İnvestisiya Şirkəti"-nin səhm  üzrə dövriyyəsi 860,4 dəfə və ya 4,1 milyon manat yüksəlib.

Bu dövrdə "Unicapital İnvestisiya Şirkəti"-nin dövriyyəsində 4,3 dəfə, başqa sözlə 1,1 milyon manat artım qeydə alınıb.

"PSG  Kapital İnvestisiya Şirkəti"ndə artım isə 2,3 dəfə, başqa sözlə 479,9 min manat  artım olub.

"CPM-İnvest İnvestisiya Şirkəti"nin səhm üzrə dövriyyəsi 2,1 dəfə və ya 1,8 milyon manat artıb.

"Paşa Kapital İnvestisiya Şirkəti"nin səhm üzrə dövriyyəsində 2 dəfə 1,5 milyon manat artım baş verib.

Səhm üzrə dövriyyəsi  ən kəskin azalan şirkətlər isə 6,8 dəfə və ya 94,9 milyon manat olmaqla, "Assist Finance İnvestisiya Şirkəti" və 3,9 dəfə və ya 10,2 min manat olmaqla "Xalq Kapital İnvestisiya Şirkəti" olub.

Seçilən
24
fed.az

1Mənbələr