AZ

Qərb İrəvanla müzakirəyə başladı – Fevralda sərhəddə...

Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə fəaliyyəti həyata keçirən Avropa İttifaqı (Aİ) missiya başa çatdıqdan sonra 200-dən çox mülki müşahidəçinin burada qalıb-qalmayacağı hələlik məlum deyil.

Teleqraf.com xəbər verir ki, bunu Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos deyib.

Onun sözlərinə görə, hələlik yekun qərar yoxdur. Diplomat İrəvanın missiya müddətinin uzadılması üçün müraciət edib-etməməsinə də aydınlıq gətirməyib.

“Missiya müddətinin uzadılması ilə bağlı qərar hələ yekunlaşmayıb, amma bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə olunur”, - Maraqos deyib.

Aİ missiyasının fəaliyyət müddəti gələn ilin fevralında başa çatacaq.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
18
teleqraf.com

1Mənbələr