AZ

COP29 çərçivəsində Azərbaycanda zoonoz xəstəliklərin qarşısının alınmasına dair milli strategiya təqdim olunub

Bakı.Trend

Hazırda dünyada insanların və digər canlıların sağlamlığına,həmçinin ətraf mühitə ciddi zərər vuran hadisələr özünü qabarıqformada göstərməkdədir.

Trend xəbər verir ki, bunuCOP29 çərçivəsində keçirilən Vahid Sağlamlıq KonfransındaAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyininsədrinin müavini Zəkiyyə Mustafayeva deyib.

O bildirib ki, ətraf mühitin çirklənməsi və dəyişən iqlimşəraiti yeni yoluxucu xəstəliklərin meydana çıxmasına səbəbolmaqla, insan və heyvan sağlamlığına təhlükə törədəcək nəticələrəgətirib çıxara bilər.

“Mövcud vəziyyətin idarə olunması üçün beynəlxalq miqyasdaəlaqələndirilmiş fəaliyyətlər həyata keçirilir. Bu sahədəbeynəlxalq təşkilatlar tərəfindən irəli sürülmüş “Vahid Sağlamlıq”konsepsiyası xüsusi aktuallıq kəsb edir.

“Vahid Sağlamlıq” insan, heyvan və ekosistemin sağlamlığınınoptimal səviyyələrinə çatmağa və bunlar arasında davamlı tarazlığanail olmağa yönəlmiş vahid yanaşmadır. Bu konsepsiya qida və sutəhlükəsizliyi, qidalanma, zoonoz xəstəliklərə nəzarət,çirklənmənin idarə edilməsi və antimikrob rezistentliklə mübarizəistiqamətlərində olduqca aktualdır.

“Vahid Sağlamlıq” yanaşmanın istər milli, istərsə də beynəlxalqsəviyyədə icrasını məhsuldar həyata keçirmək, qarşıya qoyulanməsələlərə çatmaq, o cümlədən insan, heyvan və ətraf mühitdəqarşıya çıxa biləcək təhdidlərin öncədən görülməsi və qarşısınınalınması üçün səhiyyə, ətraf mühit sağlamlığı, kənd təsərrüfatı vəqida təhlükəsizliyi kimi müxtəlif sektorların qarşılıqlı fəaliyyətgöstərməsi vacib şərtlərdəndir. Buna görə də ölkəmizdə ictimaisağlamlığın qorunması bu sahədə rolu olan hər bir təşkilatınvəzifəsi hesab edilir.

Məsələn, beynəlxalq təcrübəyə uyğun olaraq respublikamızdazoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavabtədbirlərinin görülməsi üçün aidiyyəti qurumlar birgə fəaliyyətgöstərir. Zoonoz xəstəlikləri erkən aşkarlamaq üçün çevikmexanizmlərin yaradılması, böhran vəziyyətlərinin idarə olunması,müxtəlif mübarizə üsullarının formalaşdırılması və məlumatmübadiləsi üçün vahid platformanın tətbiqi məqsədilə beynəlxalqekspertlərin dəstəyi ilə aidiyyəti qurumlar tərəfindən MilliStrategiya layihəsi hazırlanmış və bu gün sizlərə təqdimolunacaqdır.

Yaşadığımız qloballaşma dövründə insan, heyvan və ətraf mühitinsağlamlığının bir-birindən asılı olduğunu qəbul edərək, busahələrdəki problemləri ayrı-ayrılıqda deyil, birgə yanaşma ortayaqoymaqla həll etməliyik”, - 0 əlavə edib.

Məqalədə:
Seçilən
14
1
az.trend.az

2Mənbələr