AZ

Arxadan atılan daş topuğa dəyir

Abır harda, bərəkət orda

Bu sərlövhə altında yazı hazırlamaq istəyi təsadüfən yarandı desəm, inanın. Çoxdandır əlimə qələm götürüb məqalə yazmıram. Buna səbəb isə kitab yaradıcılığımdır.
Zəhrimara qalmış sosial şəbəkələr imkan verir ki, oturduğun yerdə oturasan?! Hərdən elə xəbərlərə və xəbərlərin altında yazılmış şərhlərə rast gəlirsən ki, baxıb yanıb yaxılırsan. Kimin əlində smartfon varsa, özünü jurnalist, yazıçı, mütəxəssis hesab edir və başlayır ağlına və ağzına gələni yazmağa. Bu isə cəmiyyətdə çaşqınlığa səbəb olur. Cəmiyyətin heç də hamısı mənim kimi yazılanları araşdırmaq qabiliyyətinə malik deyil axı. Həm də buna həvəsli də deyillər. Yazılanları oxuyub həmən qərar verirlər. Verdikləri qərar isə həm də hökm təsiri bağışlayır. Deməli "instagram", ""tik tok", "facebook" və "youTube" sosial şəbəkələrində yazılmış bir cümlə həqiqətdir! Yenə deyirəm, kimsə maraqlanmır ki, həqiqət kimi qəbul etdikləri bu bir cümlə kiminsə şəxsiyyətinə böyük zərbə vurmuş olur ki, bu isə həm insani baxımdan, həm də hüquqi baxımdan qəbuledilməzdir...
Bu yaxınlarda "facebook" sosial şəbəkəsində keçmiş ANS-tv-nin Amerikada yaşayan xanım əməkdaşlarından biri çox maraqlı bir xəbər paylaşmışdı. Onun paylaşdığı xəbər saxta yollarla plastik cərrahiyyə şəhadətnaməsi alanlara aid idi. Xəbərin sonunda 49 nəfər saxta yolla plastik cərrah şəhadətnaməsi alan "həkimlər"in siyahısı verilmişdi. Həmin siyahı diqqətimi cəlb etdiyi üçün onun şəklini çəkib telefonumun yaddaşına köçürdüm. Özümün hələlik plastik cərrahiyyəyə ehtiyacım olmasa da, "nə vaxtsa lazım olar" deyə düşünmüşdüm.
Bu məqaləni hazırlayarkən o siyahı əlimdən tutduğu üçün "ehtiyatlı olmağın faydası böyük imiş" fikri beynimdən keçdi. Bu siyahının mənə göstərdiyi kömək barədə az sonra danışacağam.
"İnstragam" sosial şəbəkəsini idarə edə bilməsəm də ara-sıra izləyirəm. Təsadüfən belə bir xəbərə rast gəldim: "Plastik cərrah Dilqəm Məhərrəmov pasientləri əməliyyat masasına alıb, onlara narkoz verib yatırdıqdan sonra vaxtı ilə yanında çalışan (xəbərin yazı üslubunda dəyişiklik etmədən köçürürəm,-Ş.A.) tibb bacısı olan həyat yoldaşına həvalə edir və yoldaşı həmin pasientlərin üzərində praktika keçərək pasientləri çox bərbad hala qoyaraq onları şumlayır..."
Xəbərin qrammatik və orfoqrafik normalara uyğunsuzluğu barədə heç nə deməyəcəm. Axı bura sosial şəbəkədir və hər bir sosial şəbəkə üzvü özünü jurnalist hesab edir. Bu haqda danışıb vaxt itirmək istəmirəm.
Bu xəbəri oxuyan kimi keçmiş ANS-tv-nin Amerikada yaşayan keçmiş üzvünün paylaşdığı o möhtəşəm siyahı yadıma düşdü. Həmən telefonumun yaddaşına köçürdüyüm saxta plastik cərrahların siyahısına göz gəzdirdim. Ancaq ya Dilqəm Məhərrəmovun, ya da Nərgiz Əhmədovanın  (Məhərrəmova) adına həmin siyahıda rast gəlmədim. Bundan sonra bu iki şəxsi arşdırmağa başladım.Düzünü deyim, daha çox Nərgiz Əhmədovanı (Məhərrəmovanı) araşdırdım.Bu haqda da az sonra danışacağam. İndi isə gəlin dövrümüzün sürətlə yayılan və çoxlarının diqqətini cəlb etmiş plastik cərrahiyyə haqqında bir neçə cümlədən ibarət məlumat vermək istərdim...
Plastik cərrahiyyə toxumaların və orqanların formasını və funksionallığnı yaxşılaşdıran cərrahi əməliyyatları həyata keçirən tibb sahəsidir. Plastik cərrahiyyə tibdə iki əsas məqsəd üçün istifadə olunur: estetik təkmilləşdirmə rekonstruktiv müalicə.
Estetik cərrahiyyə insanın xarici görünüşünü yaxşılaşdırmaq üçün edilən cərrahi müdaxilələri əhatə edir. Rekonstruktiv plastik cərrahiyyə travma sonrası zədələr, xərçəng əməliyyatları və ya anadangəlmə anomaniyalar kimi şərtlər səbəbilə zədələnmiş toxuma və ya orqanalrı bərpa etmək üçün istifadə olunur...
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmovun həyat yoldaşı Nərgiz Vidadi qızı Əhmədovadır (Məhərrəmova). O, 1984-cü il mart ayının 31-də  Rusiya Federasiyasında anadan olmuşdur.
Bəzi ağzıgöyçəklərin dediyindən fərqli olaraq o, tibb bacısı deyil. Nərgiz xanım 1999/2000-ci tədris ilində Bakı şəhəri 100 saylı orta məktəbi "fərqlənmə attestatı" ilə bitirərək yüksək balla, ödənişsiz əsasla Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmuşdur.
Orta məktəbdə olduğu kimi, Tibb Universitetini də "fərqlənmə diplomu" ilə bitirib həkim ixtisası almışdır (Diplom: BB-1N002640). 2006-cı il , avqust ayının 1-dən 2007-ci il, iyul ayının 1-nə kimi doktor Nərgiz Əhmədova (Məhərrəmova) M.A.Topçubaşov adına Elmi Tədqiqat Klinik Təbabət İnstitutunda cərrahiyyə üzrə internatura mərhələsini keçərək (ümumi, mikro və plastik cərrahiyyə) cərrah ixtisası almışdır (Certifice N0411). O, həmçinin 2014-cü ildə Azərbaycan Respublikası, Səhiyyə Nazirliyi Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda "Plastik və rekonstruktiv cərrahiyyə" kursunu bitirmişdir ( Şəhadətnamə N0056760).
Daha sonra doktor Nərgiz Əhmədova Tbilisi şəhərindəki "Hair transplantation surgeries" kursunu bitirmişdir. Eyni zamanda Almaatı şəhərindəki N.A.Sızqanov adına Elmi Cərrahiyyə Mərkəzində "Plastik, Estetik, Reconstruktiv " cərrahiyyə üzrə ixtisaslaşma kursu keçmişdir(Şəhadətnamə N681).
Doktor Nərgiz Əhmədova çoxsaylı xarici ölkələrdə Beynəlxalq konfransların, seminar və kursların (Avropa ölkələri, Rusiya Federasiyası və Türkiyə Respublikası və s.) iştiarakçısı olmuşdur. O, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Tibb üzrə fəlsəfə doktorluğu proqramına uyğun olaraq əla qiymətlərlə "Doktorantura"ya qəbul olmuşdur (ƏmrN199).
Nərgiz Əhmədovanın üzərində işlədiyi "Sposobı i kontseptsiya metodov leçeniya rubtsovıx porajeniy koji i puti ix profilaktiki" adlı elmi işi plastik cərrahiyyə sferasına həsr olunmuşdur. Elmi işinə aid xarici və yerli jurnallarda 6 məqaləsi, 2 tezisi dərc olunmuşdur. 
2019-cu ildə doktor Nərgiz Əhmədova Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunda "Plastik və reconstruktiv cərrahiyyənin əsasları" kursunu keçmişdir (Sertifikat NAH N037726). XI Beynəlxalq Mərkəzi Asiya Plastik Cərrahiyyə Konqresində "Facial fat Grafting as a necessary anti aging operation the importance of integrated approach" mövzusu ilə çıxış etmişdir. Bundan başqa o, XVIII AvroAsiya Cərrahlar Konqresinin "Plastik cərrahiyyə" sektorunda "Possible comprehensive intraoperative prevention of BIA-ALCL" mövzusunda məruzə etmişdir.
Doktor Nərgiz Əhmədova Beynəlxalq NSAPS təşkilatının və Azərbaycan "Plastik Cərrahlar Dərnəyi"nin üzvüdür...
Dəyərli dostlar, gördüyünüz kimi, Nərgiz Əhmədova bəzi bədxahlarının dediyi kimi, tibb bacısı deyil və ümumiyyətlə heç vaxt tibb bacısı olmamışdır. Sadəcə onların hərəkəti şər, böhtan, qarayaxma, gözgötürməmə və paxıllıqdan başqa bir şey deyil. Şər, böhtan isə böyük günahdır.
Vaxtilə peyğəmbər əfəndimizə də ağıla gəlməyən böhtanlar atmışdılar. Halbuki O, rəhməti-ilahi idi, insanlar yanmasın deyə çırpınırdı!

Şahin Aydəmir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr