AZ

ABŞ-dan HƏMAS-ın Türkiyəyə köçməsinə SƏRT REAKSİYA

ABŞ Türkiyə hökumətinə HƏMAS ilə münasibətlərini məqbul hesab etmədiyini açıq şəkildə bildirəcək.

 

Bakupost.az "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

 

O, Qətərdə yerləşən HƏMAS rəhbərliyinin bir hissəsinin Türkiyəyə köçməsi ilə bağlı xəbərlərlə bağlı sualı cavablandırıb və əlavə edib ki, ABŞ HƏMAS-ın bir sıra liderlərinə qarşı ittiham irəli sürüb. Miller deyib ki, Vaşinqton onların ABŞ-a ekstradisiyasını vacib sayır.

 

Qeyd edək ki, bundan əvvəl “The Times of Israel” qəzeti adı açıqlanmayan ərəb diplomata istinadən HƏMAS-ın yüksəkvəzifəli nümayəndələrinin ötən həftə Qətərdən Türkiyəyə getdiyini yazıb. Bunun Qətərin Qəzza ilə bağlı danışıqlarda öz vasitəçiliyinin dayandırılmasını elan etməsindən sonra baş tutduğu qeyd olunub.

 

Sitat.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “NTV” telekanalı isə diplomatik mənbələrə istinadən bildirib ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun Türkiyəyə köçməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Seçilən
15
1
sitat.info

2Mənbələr