AZ

“İngilis təqaüdçülər gənc sevgililər tapmaq üçün Afrikaya axın edir”

Britaniyalı təqaüdçülər gənc sevgililər tapmaq üçün Qambiyaya axışmağa davam edir.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Daily Mirror” yazıb.
Nəşrin məlumatına görə, Qərbi Afrikanın bu kiçik ölkəsində yaşlı qadınlar jiqolo xidmətindən fəal istifadə edir, həmçinin Atlantik okeanı sahillərində istirahət edirlər. 11 min kvadratmetr sahəsi olan Qambiyanın əhalisi 3 milyon nəfərdən azdır.
Bildirilir ki, Qambiyanın yaşlı macəra axtaranların kurortu kimi populyarlığı ölkə üçün problemə çevrilib və bunun ciddiliyini 2020-ci ildə nümayiş etdirilən “Sahildə seks” sənədli filmi göstərib. Filmin nümayişindən sonra Qambiyada yalnız günəşdən, dənizdən və mənzərələrdən həzz almağa gələn “keyfiyyətli” turistlər üçün mübarizə aparmaq üçün tədbirlər görülüb. Lakin Britaniya nəşrinin materialından görünür ki, Afrika dövləti hələ yetkin ağ qadınları xüsusilə cəlb edən reputasiyadan qurtulmayıb.
“Burada insanlar kasıbdır, ona görə də başqa seçimləri yoxdur. Daha yaxşı yaşayacaqları Avropaya getməyi daha yaxşı hesab edirlər. Ümid edirlər ki, yaşlı xanımlar onları aparacaqlar”, yerli turist bələdçilərindən biri vəziyyəti şərh edib.
Bundan əvvəl bildirilmişdi ki, Qambiya Britaniya təqaüdçüləri üçün seks turizmini qadağan etmək və bu fenomenlə mübarizə aparmaq üçün küçələrdə patrul xidməti tətbiq etmək istəyir.
Seçilən
56
1
tribunainfo.az

10Mənbələr