AZ

COP29 çərçivəsində “Vahid Sağlamlıq Konfransı” keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) çərçivəsində “Vahid Sağlamlıq Konfransı” öz işinəbaşlayıb.

Trend xəbər verir ki,tədbirdə çıxış edən Azərbaycan Respublikası Qida TəhlükəsizliyiAgentliyinin (AQTA) sədrinin müavini Zəkiyyə Mustafayeva bildiribki, “Vahid Sağlamlıq” konsepsiyası ekosistemin bütün hissələrininvəhdətinə əsaslanan, insanların, heyvanların və ətraf mühitinproblemlərini ayrı-ayrılıqda deyil, birgə nəzərdən keçirərək, bukompleksin sağlamlığını tarazlaşdırmaq və optimallaşdırmaqməqsədilə qaldırılan, inteqrasiya olunmuş vahid yanaşmadır.Konsepsiya xüsusilə qida və su təhlükəsizliyi, qidalanma, zoonozxəstəliklərə nəzarət, çirklənmənin idarə edilməsi və antimikrobrezistentliklə mübarizə istiqamətlərində olduqca aktualdır. Bukonsepsiya cəmiyyətin müxtəlif sahələrində bir çox sektorları birgəişləməyə səfərbər edir. Konsepsiyanın istər milli, istərsə dəbeynəlxalq səviyyədə icrasını məhsuldar həyata keçirmək, qarşıyaqoyulan məsələlərə çatmaq, problemlərin həlli, o cümlədən insan,heyvan və ətraf mühitdə qarşıya çıxa biləcək təhdidlərin öncədəngörülməsi və qarşısının alınması üçün səhiyyə, ətraf mühitsağlamlığı, kənd təsərrüfatı və qida təhlükəsizliyi kimi müxtəlifsektorların qarşılıqlı fəaliyyət göstərməsi vacib şərtlərdəndir.Buna görə də ölkəmizdə ictimai sağlamlığın qorunması bu sahədə roluolan hər bir təşkilatın vəzifəsi hesab edilir. Planetin canlıaləminin qorunması üçün tətbiq olunan “Vahid Sağlamlıq”konsepsiyası çərçivəsində ölkəmizdə mühüm addımlar atılır.

Z.Mustafayeva vurğulayıb ki, AQTA-nın məqsədi sözügedənkonsepsiya çərçivəsində ictimai sağlamlıq üçün təhlükə yaradan,təbiətə və ətraf mühitə ziyan vuran, habelə ciddi iqtisadi itkilərəsəbəb olan problemlərə qarşı ən effektiv izləmə və mübarizəüsullarını icra etmək üçün bu yanaşmanın milli səviyyədə icrasınatəkan vermək, digər əlaqəli qurumlarla birgə əməkdaşlığı daha dagenişləndirməkdir.

Z.Mustafayeva bu çərçivədə zoonoz xəstəliklərlə bağlıproblemlərin həlli üçün “Azərbaycan Respublikasında “VahidSağlamlıq” konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərinqarşısının alınması və nəzarətin gücləndirilməsinə dair2025-2030-cu illər üzrə Milli Strategiya” layihəsininhazırlandığını diqqətə çatdırıb.

Tədbirdə daha sonra mövzuya uyğun təqdimatlar olub. Eyni zamandasözügedən Milli Strategiya üzrə panel müzakirə keçirilib.

AQTA-nın, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyiyanında Aqrar Xidmətlər Agentliyinin, Tibbi Ərazi Bölmələriniİdarəetmə Birliyinin, ADA Universitetinin, həmçinin bir sıra digəraidiyyəti qurumların, o cümlədən müxtəlif elmi-tədqiqatmərkəzlərinin, universitetlərin nümayəndələrinin iştirak etdiyimüzakirədə Strategiya barədə ətraflı məlumat verilib. SənəddəAzərbaycanda zoonoz xəstəliklər riskinə, qida ilə bağlı təhlükələrəvə qida mənşəli xəstəliklərə, antimikrob müqaviməti təhlükəsinə,zoonoz xəstəliklərə qarşı mübarizəyə və onların aradan qaldırılmasıüçün xüsusi tədbirlərə və digər məsələlərə geniş yer verildiyibildirilib. Strategiyada əksini tapan məsələlər ətrafında fikirmübadiləsi aparılıb.

Tədbirin işi ilə bağlı sonda yekun müzakirələr aparılaraqmüvafiq qərarlar qəbul olunub.

Məqalədə:
Seçilən
30
5
az.trend.az

7Mənbələr