AZ

İlon Maska böyük ŞOK Dünya nəhəngi "X"dən ayrıldı

Almaniya Bundesliqa komandası “Werder Bremen” X sosial platformasının sahibi İlon Maskın siyasətinə görə platformanı tərk etdiklərini açıqlayıb.

News24.az xəbər verir ki, klubun yaydığı açıqlamada  “Werder Bremen” bundan sonra “BlueSky” tətbiqində paylaşımlara davam edəcəkləri bildirilib.

Komanda sosial media platformasını “ifadə azadlığı adı altında nifrət mətni, azlıqlara nifrət, ifrat sağçı yazılar və sui-qəsd nəzəriyyələrinin inanılmaz sürətlə yayılmasına imkan verdiyi” səbəbi ilə tərk etdiyini açıqlayıb.

“Werder Bremen”in bu sosial platformada 539 min izləyicisi var idi. Həmçinin, “St. Pauli” klubu da oxşar səbəblərdən X platformasını tərk etdiyini açıqlayıb.

Aynurə

Seçilən
25
news24.az

1Mənbələr