AZ

“Xüsusi təhlükəli xəstəliklər üzrə respublikada vəziyyət stabildir“ - AQTA-nın şöbə müdiri

“Heyvanlarda yoluxucu olan xüsusi təhlükəli xəstəliklər üzrə respublikada vəziyyət stabildir və nəzarət altındadır”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytar müfəttişi Qalib Əbdüləliyev deyib.

O bildirib ki, bir neçə gün öncə respublikanın yüksək patogen “quş qripi”ndən azad olması barədə ÜST tərəfindən qərar qəbul olunub və ölkənin bundan azad olunması statusu təsdiq olunub: “Vəhşi təbiətlə bağlı olan bütün xəstəliklər üzrə mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Hələ ki, respublika ərazisində bu istiqamətdə narahatlığa səbəb olacaq xəstəlik müşahidə olunmayıb”.

Seçilən
21
sia.az

1Mənbələr