AZ

“ABŞ-ın İrana 1 trilyon dollar borcu var" – Əli Şəmxani

Yazını böyüt
Yazını kiçilt

İranda mötədil siyasətçilər 2025-ci ilin əvvəlində vəzifəyə başlaması gözlənilən Donald Tramp administrasiyasına isti mesajlar verərkən, Tehrandan sərt cavab gəldi.

Hafta.az-ın yazdığına görə, İslam Respublikasının dini rəhbəri Ayətullah Əli Xameneinin müşavirlərindən Əli Şəmxani ABŞ-ın onlara bir trilyon dollar borcu olduğunu bildirib.

2013-2023-cü illərdə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi olmuş və ötən il bu vəzifədən uzaqlaşdırılan Şəmxani parlament arasında mübahisələri həll edən konstitusiya qurumu olan Sərəncamın Maraqlarının Müəyyənləşdirilməsi Şurasına seçilib.

69 yaşlı Şəmxani ABŞ-ın rəhbərlik etdiyi Qərb dünyasını “Təkəbbürlü Cəbhə” adlandırıb. O, bu ölkələrin İrana qarşı “müxtəlif hibrid müharibə hiylələri” nümayiş etdirdiyini deyib. Şəmxani, Vaşinqtonu terroru dəstəkləməkdə ittihamlayaraq, “Amerikalılar açıq şəkildə İŞİD və Əl-Qaidə-ni yaratdıqlarını etiraf edirlər” deyib.

Şamxani ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara da sərt reaksiya verib: “Amerikalılar bizə vurduqları ziyana görə trilyon dollar ödəməlidirlər, çünki ölkəmizi 25 ildir blokadaya alıblar”.

ABŞ uzun müddətdir ki, İrana nüvə silahı yaratmağa çalışdığı və terroru dəstəklədiyi üçün müxtəlif sanksiyalar tətbiq edir.

2015-ci ildə BMT TŞ-nin beş daimi üzvü olan 5+1 ölkələri: ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya və Almaniyanın İranla imzaladığı saziş nüvə proqramını məhdudlaşdırır və Tehrana qarşı sanksiyaların yumşaldılmasını nəzərdə tuturdu. Lakin 2018-ci ildə sazişdən çıxan Donald Tramp administrasiyası İranı yeni sanksiyalarla hədəfə alıb.

Seçilən
56
hafta.az

1Mənbələr