AZ

Tacikistan hökuməti fermerlərin kənd təsərrüfatı istehsalındakı rolunu artırır - Nazir müavini

Bakı. Trend:

Tacikistan hökuməti fermerlərin kənd təsərrüfatı məhsullarıistehsalındakı rolunu artırır.

Trend xəbər verir ki, bubarədə Tacikistanın kənd təsərrüfatı nazirinin müavini NuraliAsozoda COP29 çərçivəsində keçirilən "Fermerlər üçün Baku Harmoniyaiqlim təşəbbüsünün təqdimatı" tədbirində deyib.

"Mütəxəssislərin hesabatına əsasən, 2024-cü il müşahidə tarixiərzində ən isti il kimi tanınıb. İqlim dəyişikliklərinin mənfitəsiri yağıntıların paylanmasına ciddi təsir göstərir, ekstremalhava hadisələrinin tezliyini və gücünü artırır, orta temperaturunyüksəlməsinə və suvarma üçün su ehtiyatlarının azalmasına səbəbolur. Bu isə dünyada fermerlərin imkanlarını məhdudlaşdırır. İqlimdəyişiklikləri ərzaq təhlükəsizliyinin qeyri-sabitliyinə töhfəverir və kənd icmalarının dolanışıq vasitələrinə zərər vurur. Buproblemlər kənd təsərrüfatının həssaslığını artırır və ərzaqböhranı riskini yüksəldir", - deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, Tacikistan hökuməti iqlimdəyişikliklərinə uyğunlaşma və kənd təsərrüfatı məhsullarıistehsalında fermerlərin rolunun gücləndirilməsi istiqamətində işaparır. Xüsusilə sosial sahibkarlıq təşəbbüslərinin inkişafıvasitəsilə aqrar zəncirdə əlavə dəyərin yaradılmasına xüsusi diqqətyetirilir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr