AZ

2025-ci ilin dövlət büdcəsində təbii qazın ixrac qiyməti qəbul edilib

Bakı. Trend:

2025-ci ilin dövlət büdcəsində təbii qazın 1 min kubmetr ixracqiyməti 242 ABŞ dolları, manatın məzənnəsi isə 1 dollar üçün 1,7manat səviyyəsində qəbul edilib.

Trend xəbər verir ki, bunuMilli Məclisin 4 komitəsinin birgə iclasında 2025-ci ilinbüdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifovdeyib.

O bildirib ki, 2025-ci ilin dövlət və icmal büdcələrinin tərtibizamanı İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş bazaproqnozu əsas götürülərək, ölkədə ÜDM-in artım tempi 3,5 faiz,qeyri-neft-qaz ÜDM-in artım tempi 4,9 faiz, orta illik inflyasiya4,6 faiz, xam neftin 1 barrelinin qiyməti 70 ABŞ dollarıgötürülüb.

Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41367,6milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə1625,3 milyon manat və ya 4,1 faiz çoxdur. Büdcə xərclərininstrukturunda cari xərclər 60,1 faiz və ya 24845,2 milyon manat,əsaslı xərclər 34,1 faiz və ya 14122,8 milyon manat, dövlət borcunaxidmətlə bağlı xərclər 5,8 faiz və ya 2399,6 milyon manat təşkiledəcək.

Məqalədə:
Seçilən
15
3
az.trend.az

4Mənbələr