AZ

Hansi Flik Aleksandr Qlebi necə yanıldıb?

“Barselona”nın və Belarus yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Qleb keçmiş komandası və onun baş məşqçisi Hansi Flik haqda danışıb.

Arena.az xəbər verir ki, o, “blauqrana”nın sükanı arxasında ispan baş məşqçi Xavini əvəzləmiş alman mütəxəssisin işini qiymətləndirib:

“Düzünü desəm, “Barselona”da işlərin bu qədər yaxşı gedəcəyini gözləmirdim. Düşünməzdim ki, alman mütəxəssis “Barselona”da belə bir ab-hava yarada və oyun qura bilər. Flik – yaraşıqdır, yaraşıq! Mən ona inanmadım, amma yanılmışam”, deyə Qleb etiraf edib.

Xatırladaq ki, Aleksandr Qleb 2008-2012-ci illər aralığında “Barselona”da çıxış edib. 43 yaşlı veteran futbolçu vaxtilə Kataloniya klubunun heyətində meydana çıxdığı 36 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Hansi Flik isə cari ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Alman mütəxəssisin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Flikin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.

Rəhbərliyi müddətində Flikin “Barselona”sı 17 oyuna 14 qələbə qazanıb və 3 oyunda məğlub olub. “Blauqrana”nın top fərqi isə 55:17 nisbətindədir.

Alman mütəxəssisin çalışdırdığı kollektiv 13 turdan sonra 33 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. UEFA Çempionlar Liqasında isə “Barselona” 4 oyundan 9 xalla Liqa mərhələsinin yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Hans-Diter Flik məşqçilik karyerası ərzində “Viktoriya Bammental”, “Hoffenhaym”, “Bayern” və Almaniya yığmasını çalışdırıb.

Seçilən
15
arena.az

1Mənbələr